AZ

"Hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!" - MM-in komitə sədri təbrik edib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib.

 “AzPolitika.info” parlamentin komitə sədrinin öz "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik:

"Dəyərli MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr "#MüəllimlərGünü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək #təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.

Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!"

Seçilən
25
azpolitika.info

1Mənbələr