AZ

Türkiyədə UEFA-nın cəzalandırdığı futbolçuya heykəl QOYULDU

Türkiyənin Bolu şəhərində milli komandasının futbolçusu Merih Demirala heykəl qoyulub.

Modern.az-ın məlumatına görə, heykəl Bolu Böyükşəhər Bələdiyyəsi tərəfindən ucaldılıb.

Türkiyə milli komandası 2024-cü il iyulun 2-də Almaniyada keçirilən Avropa Çempionatın 1/8 final oyununda Avstriyanı 2:1 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşmada iki qol vuran və matçın ulduzuna çevrilən müdafiəçi Merih Dəmiral qoldan sonra tribunaları "Bozqurd" işarəsi ilə salamlamışdı.

UEFA Merih Dəmiralı siyasi simvollardan istifadə etməkdə suçlu bilərək, onu 2 oyunluq cəzalandırmışdı.

O zaman bu qərar Türk dünyasında etirazla qarşılanandan sonra Bolu Böyükşəhər Bələdiyyəsi Merih Dəmiralın şəhərdə heykəlinin ucaldılması üçün işlərə başlamışdı.

Görülən işlərin nəticəsi olaraq milli oyunçunun heykəli mərasimlə açılıb.

A.Qorxmaz

Seçilən
71
modern.az

1Mənbələr