AZ

"Gəncə"də yeni kapitan

"Gəncə"nin qarşıdakı mövsümdə kapitanı müəyyənləşib.

Sportnet.az xəbər verir ki, millimizin üzvü Elşad Şirzadov "sarı-göylər"in kapitanı olub. 26 yaşlı basketbolçu "Gəncə"nin yeni transferlərindəndir. 

Elşad Şirzadov kapitan təyin olunması ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib: “Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram. Bəslənən ümidləri doğrultmağa çalışacağam. Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram. Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəm. Kollektivimizin ailə olması üçün əlimdən gələni edəcəm. Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm. Kapitan seçildiyim üçün həm də sevincliyəm”.


Seçilən
25
9
sportnet.az

10Mənbələr