AZ

İran ABŞ və İsrailə qarşı “Müqavimət paktı” BAĞLAMAQ İSTƏYİR

İran ABŞ və İsrailə qarşı ölkələrin və “azadlıq hərəkatlarının” iştirakı ilə “Müqavimət paktı” bağlamaq istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İran parlamenti “Müqavimət oxu” və onları dəstəkləyən ölkələr üçün təhlükəsizlik sazişinin bağlanması” layihəsini nəzərdən keçirir.

Qeyd olunur ki, saziş “xarici təhdidlərlə mübarizə aparmaq və böhran zamanı bir-birinə dəstək olmaq üçün” ümumi müdafiə strukturunun yaradılmasını ifadə edir.

Layihəyə əsasən, “Müqavimət paktı”nda iştirak edən ölkələr və iranyönlü hərəkatlar İsrail və ya ABŞ-nin öz ərazilərinə hücum edəcəyi təqdirdə hər birinə hərtərəfli iqtisadi, hərbi və siyasi dəstək verməyə borclu olacaqlar.

Eyni zamanda, bu layihə əsasında “Müqavimət paktı”nın iştirakçıları arasında qərarların və gələcək hərbi əməliyyatların əlaqələndirilməsi üçün birgə qərargah yaradılacağı bildirilir. Əsas aspektlərdən biri də “əməliyyatın effektivliyini və koordinasiyasını artırmaq üçün” birgə hərbi təlimlərin keçirilməsidir.

Qeyd edək ki, “Müqavimət oxu” İranın regiondakı peyklərinə istinad etmək üçün istifadə etdiyi termindir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
50
interpress.az

10Mənbələr