AZ

Premyer Liqa klubu bombardiri ilə 6 illik müqavilə imzaladı - RƏSMİ

"Aston Villa"nın hücumçusu Con Duran klubu ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

20 yaşlı kolumbiyalı forvard 2023-cü ilin əvvəlində təxminən 16 milyon avroya "Çikaqo"dan "Aston Villa"ya keçib.

Duran bu mövsüm "Aston Villa"nın bombardiridir. O, bütün yarışlarda 10 matça çıxaraq 6 qol vurub.

Mirağa

Seçilən
33
fanat.az

1Mənbələr