"Aston Villa"nın hücumçusu Con Duran klubu ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
20 yaşlı kolumbiyalı forvard 2023-cü ilin əvvəlində təxminən 16 milyon avroya "Çikaqo"dan "Aston Villa"ya keçib.
Duran bu mövsüm "Aston Villa"nın bombardiridir. O, bütün yarışlarda 10 matça çıxaraq 6 qol vurub.
Mirağa