AZ

İtkin düşən tələbənin meyiti TAPILDI

Bir müddət öncə Siyəzən şəhərində namaz qılandan sonra itkin düşən Mahmud Məlikovun meyiti tapılıb.

Bizim.Media-nın Siyəzən icra hakimiyyətindən əldə etdiyi məlumata görə, mərhum tələbənin meyiti Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan ərazisindən keçən hissəsində aşkar edilib.

Meyit tanınmaz halda olub və DNT analizi nəticəsində onun Mahmud Məlikov olduğu təsdiqlənib.

Qeyd edək ki, mərhum Mahmud Məlikov sentyabrın 6-dan itkin düşmüşdü, onun özünü kanala atdığı ehtimal edilirdi.

Onun bu gün nəşinin ailəsinə veriləcəyi bildirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
24
1
bizim.media

2Mənbələr