AZ

İsrail Hizbullahın qərargah rəisini də öldürdü

İsrail ordusu Hizbullah qərargahının rəisi Süheyl Hüseynin öldürüldüyünü açıqlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

O, İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində öldürülüb. Hüseynin İrandan maddi-texniki təminat və silah tədarükünə, həmçinin Hizbullah bölmələrinə silah paylanmasına cavabdeh olduğu bildirilir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu Hizbullaha qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan hərəkatının hərbi obyektlərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də həyata keçirilən hücum nəticəsində Beyrutda Hizbullahın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb.

Seçilən
64
42
modern.az

10Mənbələr