“Bayern”in mətbuat xidməti komandanın əsas hücumçusu Harri Keynin zədələnməsi ilə bağlı məlumat yayıb.
90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu Bundesliqanın Frankfurt “Ayntraxt”ı ilə (3:3) matçında zədələnib.
Mətbuat xidməti tibbi müayinənin Keynin zədəsinin ciddi olmadığını göstərdiyini açıqlayıb: “O, gələcək matçlar üçün İngiltərə millisinin oyunçuları siyahısında olacaq”.
31 yaşlı hücumçu bu mövsüm 6 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.