AZ

Estoniya - Azərbaycan matçının hakimləri bilindi

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi UEFA Milətlər Liqasının 3-cü tur oyununun hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

“Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək:

Rob Harvey görüşün baş hakimi olacaq. Yan xətdə ona Robert Clarke və Uayne McDonnell kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessy yerinə yetirəcək.

Seçilən
25
2
teleqraf.com

10Mənbələr