AZ

Putin Paşinyanı Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib.

Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya lideri Kremldə Paşinyanla görüşü zamanı deyib.

Putin həmin sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsini təklif edib.

“Mən sizi Kazanda BRİCS sammitində gözləyirəm, ümid edirəm ki, bu, faydalı və maraqlı olacaq. Biz ikitərəfli görüş keçirəcəyik və bir çox həmkarlarımızla söhbət etmək imkanı olacaq”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, BRİCS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
13
missiya.az

10Mənbələr