AZ

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası 11-13 oktyabr tarixlərində Zaqatalada keçiriləcək.

KOBİA-nın məlumatına görə, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət (https://smb.gov.az/az/contact-form/exhibition-form/1) edə bilərlər. “İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Zaqatala” qeyd olunmalıdır.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.

Seçilən
15
26
vergiler.az

10Mənbələr