AZ

La Liqa nəhəngi "Lill"in futbolçusunu istəyir

“Lill”in futbolçusu Tyaqo Santoş karyerasını La Liqa nəhəngində davam etdirə bilər.

90deqiqe.Az “Tribal Football”a istinadən xəbər verir ki, "Barselona" portuqaliyalı müdafiəçinin xidmətində maraqlıdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

22 yaşlı oyunçunun transfer dəyəri 15 milyon avrodur.

Santoşun "Lill" ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq.

Seçilən
27
90deqiqe.az

1Mənbələr