AZ

Qırğızıstan AES tikmək üçün münasib yer axtarır

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan hökuməti “Rosatom”la əməkdaşlıq edərək, nüvə energetikasının inkişaf imkanlarının öyrənilməsini və AES-in tikintisi üçün münasib yerin axtarışını davam etdirir.

Hafta.az-ın yazdığına görə, “Eldik” parlament qrupunun iclasında ölkənin energetika naziri Talaybek İbrayev bildirib ki, AES-ə ehtiyac var, çünki bu, sabit enerji təchizatının təmin edilməsi üçün ən etibarlı texnologiyalardan biri hesab olunur. Nazir əlavə edib ki, stansiyanın tikintisi 5-6 il çəkəcək və yer seçimi davam edir.

“AES, avadanlıqların soyudulması üçün su mənbələrinin yaxınlığında yerləşdirilməli və elektrik şəbəkəsinə qoşulmalıdır”, - deyə nazir əlavə edib.

İbroyev onu da bildirib ki, işə yalnız əhalinin dəstəyi ilə başlanacaq. O əlavə edib ki, qonşu ölkələr artıq nüvə enerjisini fəal şəkildə inkişaf etdirir. Noyabrda media nümayəndələri üçün Türkiyədə Akkuyu AES ilə tanışlıq turunun təşkili planlaşdırılır.

Bundan əvvəl qazaxların ölkədə ilk atom elektrik stansiyasının tikintisini dəstəklədiyi məlum idi. Seçicilərin 70 faizi bu təşəbbüsün lehinə səs verib. Ölkə prezidenti Kasım-Jomart Tokayev bu layihəni “müstəqil Qazaxıstan tarixində ən böyük layihə” adlandırıb.

Seçilən
17
hafta.az

1Mənbələr