Bu ilin avqustunda Almaniyanın Rusiyadan idxalı 29,1% azalaraq 102,8 milyon avroya, Rusiyaya ixracı isə 9,5% azalaraq 627,2 milyon avroya enib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın Statistika İdarəsi məlumat yayıb.
Avqust ayında Rusiyaya ixrac ötən illə müqayisədə 11,8%, idxal isə 41,4% az olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 981,5 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.
Gözəl Həşimova