AZ

“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın (FOTO)

Bakı. Trend:

Mastercard Azərbaycan üçün ilk "Priceless" tədbirini elan edir.Artıq yerli Mastercard kart sahibləri eksklüziv təcrübələrlə tanışola biləcəklər “Xan Wines” şirkəti ilə əməkdaşlıq çərçivəsindətəşkil olunan tədbir regionda istehlakçılar üçün yeni faydalarerasının başlanğıcını qoyur.

"Priceless" Mastercard-ın kart sahiblərinə qastronomiya, idman,əyləncə və səyahət daxil olmaqla çox sayda unikal təcrübələr təqdimedən qlobal platformasıdır. “Priceless.com” platforması təkcəəməliyyat üstünlükləri ilə kifayətlənmir, həmçinin Mastercard kartsahiblərinə bənzərsiz fürsətlərdən yararlanmaq imkanı verir.

Azərbaycanda bu platformanın təqdimatı “Priceless Specials”proqramı çərçivəsində 120-dən çox yerli məkanda endirimlər və20-dən çox ölkədə 400-dən çox məkanda keşbek mükafatları təqdimedən “Mastercard Traveler” proqramına giriş kimi eksklüzivüstünlüklərlə başlayır. Bu tədbirlə birlikdə “Priceless.com”platforması tezliklə yalnız Mastercard kart sahibləri üçüneksklüziv tədbirlər və təcrübələr mərkəzinə çevriləcək.

“Unudulmaz xatirələr yaratmaq və Mastercard kart sahiblərinəxüsusi təcrübələr təqdim etmək məqsədilə “Priceless.com”uAzərbaycana gətirməkdən məmnunuq. Bu tədbir təkliflərimizigenişləndirmək və kart sahiblərimiz üçün unikal dəyər yaratmaqhədəfi ilə çıxdığımız yolun başlanğıcıdır”, Mastercard-ınAzərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

“Priceless” platforması bank proqramları və veb-saytlarainteqrasiya edilərək istifadəçilərə eksklüziv təklif və imtiyazlaraasan çıxış təklif edir. “Priceless.com”un Azərbaycanda işə salınanB2C tərəfi isə kart sahibləri üçün unikal təcrübələr yaratmaqməqsədilə yerli biznes və qlobal tərəfdaşlarla əməkdaşlığaəsaslanır. İndi hər an həqiqətən qiymətsizdir.

“Priceless”
“Priceless”
“Priceless”
“Priceless”
“Priceless”
Seçilən
12
7
az.trend.az

8Mənbələr