AZ

Orta sinifdən sadə qadın? Kamala Harrisin 200 min dollardan çox dəyəri olan zərgərlik kolleksiyası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris özünü "orta sinifdən sadə qadın" kimi təqdim etsə də, onun azı 200 min dollardan çox dəyəri olan zərgərlik kolleksiyası var.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail"in jurnalistləri apardıqları araşdırmadan sonra xəbər veriblər.
Bildirilib ki, Harrisin zərgərlik əşyaları arasında 18,5 min dollarlıq "Tiffany" qızıl boyunbağı və "Cartier" brendinin üç saat modeli, o cümlədən 16,5 min dollarlıq polad və qızıldan hazırlanmış "Ballon Bleu" var.
Bundan əlavə, nəşrin məlumatına görə, siyasətçi Los-Ancelesli məşhur zərgər İren Noyvirtin eksklüziv mirvari bəzəklərinə biganə deyil.
Nəşr vurğulayıb ki, hər amerikalı belə lüks kolleksiya üçün vəsaitə sahib deyil.
Seçilən
48
50
oxu.az

10Mənbələr