AZ

Millətlər Liqasında həlledici oyun: Azərbaycan millisi Tallinə uçub

Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasında Estoniya ilə keçirəcəyi qarşılaşma üçün Tallin şəhərinə yola düşüb.

Fins.az xəbər verir ki, millimizi aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havalanıb.

Komanda oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da "Lilleküla" stadionunda son məşqinə çıxacaq.

Xatırladaq ki, Estoniya - Azərbaycan oyunu oktyabrın 11-də saat 20:00-da baş tutacaq.

Zemfira Ms
Fins.az

Seçilən
64
34
fins.az

10Mənbələr