AZ

Millinin futbolçusu evindəki hovuzda ölü tapıldı - FOTOLAR

Yunanıstan millisinin və “Panatinaikos”un futbolçusu Corc Baldok evində ölü tapılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

31 yaşlı oyunçu evinin hovuzunda dünyasını dəyişib.

Belə ki, onun İngiltərədə yaşayan həyat yoldaşı futbolçu ilə əlaqə saxlaya bilmədikdə narahat olub. Bundan sonra ortaq dostlarından biri Baldokun Afinadakı evinə gedib və onu hovuzda ölü tapıb.

O, sonuncu dəfə dörd gün əvvəl “Panatinaikos”un “Olimpiakos”u (0:0) qəbul etdiyi derbidə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

Corc əvvəllər İngiltərədə “Şeffild Yunayted” klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.


Seçilən
29
sportinfo.az

1Mənbələr