"Liverpul" ciddi itki ilə üzləşib.

Offsideplus.az verir ki, Alison Bleker 6 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Bu məlumatı "This is Anfield" yayıb.

Braziliyalı qolkiper noyabrın 19-da başa çatacaq milli fasilədə geri dönə biləcək.

Qeyd edək ki, Alison oktyabrın 5-də Premyer Liqanın 8-ci turunda "Kristal Palas"la qarşılaşmanın 79-cu dəqiqəsində ciddi zədələnib.