AZ

Müəmma: III Çarlz səhhəti ilə bağlı Bakıya gəllmirsə,  Avstraliya və Samoaya 11 günlük səfərə necə gedir? 

Böyük Britaniya kralı III Çarlz noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP-29 iqlim sammitində iştirak etməyəcəyi ilə bağlı Böyük Britaniya mediası xəbər yayınlayıb.


Adalet.az Sky News -ə istinadən xəbər verir ki, bu qərara səbəb monarxın səhhətindəki problemlərdir.
75 yaşlı kralın xərçəng xəstəliyindən müalicə aldığı bildirilir. Diaqnoz fevral ayında qoyulub.
III Çarlz ətraf mühit məsələlərində fəal mövqeyi ilə tanınır. Ötən il o, Dubayda COP28 sammitinin açılışında çıxış edib.
Yeni Zelandiyaya səfər planları tibbi məsləhət əsasında ləğv edilidi və proqramın qalan hissəsi monarxa istirahət etmək üçün daha çox vaxt vermək üçün dəyişdirildi. Kralın diaqnozundan sonra yeganə xarici səfəri iyun ayında Normandiyada keçirilən D-Day şənliklərində iştirak etdiyi vaxt olub.
Sky News onu da vurğulayıb ki, Bakı səfərinin ləğv edilməsinə baxmayaraq, kral gələn həftə Avstraliya və Samoaya 11 günlük səfərə yola düşür.
P.S. Maraqlıdır , əgər kral səhhətindəki problemlə bağlı Bakıya gələ bilməyəcəkdisə, o zaman Avstraliya və Samoaya 11 günlük səfərə çıxmaq ona ziyan olmayacaqmı?

Əntiqə Rəşid

Seçilən
25
adalet.az

1Mənbələr