AZ

Ədəbiyyat üzrə "Nobel"in sahibi açıqlandı

Bakı. Trend:

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiqgörülən yazıçının adı açıqlanıb.

Trend xəbər verir ki, NobelKomitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyatsahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib.

O, tarixi travmaları və insan həyatının kövrəkliyini göstərənpoetik nəsrə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Han Kanq Cənubi Koreyalı yazıçı və beynəlxalqmiqyasda tanınmış şəxsiyyətdir, onun ən məşhur əsəri“Vegetarian”dır. 1970-ci ildə Qvanqjuda anadan olub. Han Kanqədəbiyyat dünyasına gənc yaşlarında daxil olub və onun ilk hekayəsi1993-cü ildə nəşr olunub. O, əsərlərində ümumiyyətlə insan təbiəti,zorakılıq, sosial normalar və fərdi azadlıq kimi mövzulardan bəhsedir.

"Vegetarian" 2007-ci ildə nəşr olunub və böyük rezonans doğurub.Bu roman 2016-cı ildə ingilis dilinə tərcümə edilib və beynəlxalq"Booker" mükafatını qazanıb. Roman cəmiyyətin zorakılığına qarşıçıxan və öz bədənini idarə etməyi seçən bir qadının hekayəsindənbəhs edir. Han Kanqın bu əsəri insanın daxili dünyasına və sosialtəzyiqlərə qarşı fərdi müqavimətinə dərindən nəzər salır.

Han Kanq əsərlərində tez-tez ekzistensial suallar, ağrı vəşəfqət kimi mövzuları dərindən araşdırır.

Seçilən
29
1
az.trend.az

1Mənbələr