AZ

Təlim keçirilib, “PAŞA Bank”ın komplayens üzrə baş direktoru çıxış edib

(®) Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı, digər Hüquq Mühafizə Orqanlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə mübarizə (ƏL/TMM) tədbirləri” çərçivəsində təlim keçirilib.

Təlimdə çıxış edən “PAŞA Bank”ın komplayens üzrə baş direktoru və ABA-nın komplayens ekspert qrupunun sədri Anar Kərimov “Milli Fəaliyyət Planı”nın ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi, ölkənin iqtisadi sistemindən qeyri-leqal məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması istiqamətində görülən tədbirlərin vacibliyi haqqında danışıb.

.

Seçilən
6
3
marja.az

4Mənbələr