AZ

Xviça Kvaratsxeliya - A Seriyasında sentyabrın ən yaxşı oyunçusu!

“Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə A Seriyasının rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub. O, səsvermədə Qleyson Bremer (“Yuventus”), Santyaqo Kastro (“Bolonya”), Patrik Kutrone (“Komo”), Federiko Dimarko (“İnter”) və Kristian Pulişiçi (“Milan”) qabaqlayıb.

Xatırladaq ki, bu mövsümün ilk ayında (avqust) ən yaxşı futbolçu “İnter”in fransalı üzvü Markus Türam seçilmişdi. Sentyabr ayının ən yaxşı baş məşqçisi də “Napoli”ni çalışdıran Antonio Konte elan edilib.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümdə “Kvara” 9 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 97 oyun, 28 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 36 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın Kvaratsxeliya atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
82
50
arena.az

10Mənbələr