AZ

Son vaxtlar məhşurlaşan “A-frame” tipli evlərə çıxarış verilmir? VİDEO

Son zamanalar Bakıda və bölgələrdə məhşurlaşan “A-frame” evlərin sayı artıb.  Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib. Bəs bu tip evlərə niyə çıxarış verilmir?

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar bildirirlər ki, evlərə sənəd ala bilməmək onlar üçün müxtəlif problemlər yaradır. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu evlərə çıxarış verilməməsinin başlıca səbəbi qanundakı boşluqdur.

Maraqlısı isə odur ki, bu tip evlər çıxarışla təmin olunmasa da, kommunal xidmətlərə qoşulmağa icazə verilir. Burada isə belə bir sual ortaya çıxır: əgər çıxarış verilməyəcəksə, bu evlərin tikilməsinə niyə icazə verilir?

Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov "Xəzər Xəbər"ə bildirdi ki, "A-frame" evlər fərdi yaşayış evi kimi əsaslı tikinti işləri aparılmaqla daşınmaz əmlak olaraq inşa edilibsə, müvafiq sənədlə, yəni çıxarışla təmin edilir. Yox, əgər yüngül konstruksiyadan müvəqqəti tikili kimi inşa edilibsə, daşınmaz əmlak hesab olunmadığı üçün dövlət reyestrində hüquq predmeti deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
83
5
xezerxeber.az

6Mənbələr