AZ

Superkubokda əlavə vaxt ləğv olundu

İspaniya Krallığı Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib.


News365.az İdman.biz-ə istinadən xəbər verir ki, həlledici oyunda əlavə vaxt ləğv olunub.


Federasiyanın komissiyası yarış qaydalarının dəyişikliyi ilə bağlı təklifi qəbul edib. Bunda sonra final matçı heç-heçə yekunlaşarsa, birbaşa penalti zərbələri yerinə yetiriləcək.


Qeyd edək ki, İspaniya Superkuboku 2019/2020 mövsümdən 4 komandanın iştirakı ilə keçirilib. Son qalib "Real" olub.

Seçilən
12
8
news365.az

9Mənbələr