AZ

“Verilişdə bu nə biabırçılıqdır, bazardı elə bil” - Elvin

Müğənni Elvin Abdullayev ATV televiziyasında yayımlanan “Rəngarəng” verilişini tənqid edib. 

OLAY yazır ki, sənətçi proqramda qonaq olan həmkarı Afət Fərmanqızının aparıcı tərəfindən kart hesabındakı məbləği göstərməsi olayına sosial şəbəkə hesabı vasitəsi ilə sərt şəkildə reaksiya bildirib. 

“Bu ATV-nin rəhbərliyi hara baxır? Bu nə biabırçılıqdı? Kartda olan və ya olmayan kimə maraqlıdır? Hələ üstündən fonda həyəcanlı mahnı da veriblər, guya nəsə var. Vallah, heç kimə lazım deyil. Bazardı elə bil. Bunlar hansı ildə qalıblar görəsən? Hicri qəmər tarixi ilə gedirlər? ”, - deyə Elvin yazıb.

Seçilən
22
1
olay.az

2Mənbələr