AZ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Oxu.Az-ın məlumatına görə, müraciətdə bildirilib ki, yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürət həddini hava şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormazlama etməmək lazımdır.
İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.
Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Seçilən
8
2
oxu.az

10Mənbələr