AZ

İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq - Cenifer Morqan

Bakı. Trend:

İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdəçalışmalıyıq.

Trend xəbər verir ki, bubarədə Federal Xarici İşlər Nazirliyində Beynəlxalq İqlimFəaliyyəti üzrə Xüsusi Elçinin müavini Cenifer Morqan BakıdaBMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı(Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyükmaliyyəçisidir.

“Biz sadəcə ümid edirdik bu ilki COP-da maliyyəni artıra vəbaşqalarını da bunu etməyə təşviq edə bilərik. Bir qrup inkişafetmiş ölkə hazırda COP28-də tələb olunduğu kimi uyğunlaşmamaliyyəsi üzrə irəliləyiş haqqında hesabat hazırlayır və biz ümidedirik ki, bu, həqiqətən də güclü mübadilə ola bilər”, - CeniferMorqan əlavə edib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

4Mənbələr