AZ

Meloni və Zelenski Romada görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Giorgia Meloniyə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı qələbə planını təqdim edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Avropa turu çərçivəsində əvvəlcə Londonda, daha sonra Parisdə görüşlər keçirən Zelenski dünən Romada tarixi Villa Pamphili iqamətgahında Giorgia Meloniylə görüşüb.

Görüşdən sonra kameralar qarşısına keçən Zelenski müzakirə etdikləri qələbə planından danışıb.

\"Ukraynada bu müharibəyə ədalətli son qoymaq üçün hazırladığımız Qələbə Planımızın təfərrüatlarını ən yaxın dostlarımız olan avropalılara təqdim etmişik.

Biz mümkün qədər tez sülhü təmin etmək üçün çalışırıq”.

Zelenski həmçinin bildirib ki, dünya Rusiyanın diplomatiyaya nə qədər məhəl qoymadığını görür.

 Zelenski cümə günü səhər Vatikanda Papa Fransisklə də görüşəcək.
Seçilən
60
azxeber.com

1Mənbələr