Tatarıstanda avtobusla yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin region üzrə Teleqramında qeyd olunduğu kimi , qəza oktyabrın 11-də Menzelinski rayonu ərazisində, M7 Volqa yolunun 1105-ci kilometrliyində baş verib.
İlkin məlumata görə, “KamAZ” markalı avtobusun sürücüsü sola dönərkən yol verməyib və “Yutong” avtobusuna çırpılıb.
“Nəticədə “KamAZ” markalı avtobusun iki sərnişini hadisə yerində ölüb, sürücü və daha 8 sərnişin xəsarət alıb”, – məlumatda deyilir.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Mənbə TASS