AZ

İsrail indiyədək niyə birbaşa NATO-ya üzv olmur?.. -Diplomat cavab verir

“Netanyahu da çıxışlarında açıq şəkildə deyir ki, bizim İran əhalisi ilə heç bir işimiz yoxdur, bizim işimiz İrandakı hakim rejimlədir...”
 
“Əgər İsrail NATO-ya üzv olsa, bütün hərəkət və davranışlarını bu alyansla razılaşdırmalıdır. Və buna müqabil olaraq bu Şimali Atlantika Alyansı İsrailin tam təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görməlidir. Görünür, İsrail rəhbərləri bu dövlətin hərbi və hərbi-siyasi cəhətdən Qərbdən, xüsusən də ABŞ-dən asılılığını mümkün qədər azaltmağa çalışır”.
 
Bu fikri Moderator.az-a açıqlamasında “Maraqlıdır, sizcə, İsrail indiyədək niyə birbaşa NATO-ya üzv olmur” sualını cavablandırarkən Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov dilə gətirib.
 
“Bəzi məlumatlara görə, İsrailin İranla müharibə başlayacağı halda həmin ölkənin mülki əhalisi ilə davranmaq taktikası Qəzza və Livandakından fərqli olacaq” sualına isə sabiq səfir belə cavab verib:
 
“Bəli, Qəzza və Livandakı əməliyyatlardan fərqli olaraq İranda dinc, mülki əhalinin kütləvi şəkildə qırğını gözlənilmir. Maraqlıdır ki, istər ABŞ, istərsə də İsrail rəsmilərinin əksəriyyətinin mövqeyi belədir ki, hərbçilər mümkün qədər İranın mülki əhalisinə toxunmasın. Məsələn, Netanyahu da çıxışlarında açıq şəkildə deyir ki, bizim İran əhalisi ilə heç bir işimiz yoxdur, bizim işimiz İrandakı hakim rejimlədir”.
 
Sultan Laçın
 
phrase_var_article.chosen
102
50
moderator.az

10phrase_var_article.sources