AZ

Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur -FOTO

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 kilovoltluq və 0.4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, ilkin olaraq bununla əlaqədər Xidmət tərəfindən dövlət satınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun  Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması  üçün müvafiq tender elan edilib. Muxtar Respublikanın digər kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək bir çox mal-materiallar alınıb.

Alınan müasir özünü daşıyan izolyasiyalı kabellər (SİP) və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə Şəhər və Rayon Elektrik Şəbəkələrinə göndərilib.

Həmçinin ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq.

Bunun  da nəticəsində abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və imtinaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaqdır.

Seçilən
84
13
ikisahil.az

10Mənbələr