Sabrina Kauldharın ilk cinayətini oktyabrın 1-də Torontoda törətdiyi öyrənilib. 60 yaşlarında bir qadını öldürən Kauldhar ertəsi gün Niaqara şəlaləsi yaxınlığındakı parkda 47 yaşlı Lance Cunningham-ı qətlə yetirib. Sonuncu qətlini oktyabrın 3-də törədən 30 yaşlı qatil 77 yaşlı təqaüdçü müəllim Mario Biliç Həmiltondakı dayanacaqda öldürüb.
Polislər onu seriyalı qatil adlandırıb.