Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiya ilə birbaşa toqquşmada Sankt-Peterburqa mümkün hücum barədə düşünürlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kestutis Budris bildirib ki, Ukraynada münaqişə başa çatdıqdan sonra Rusiya Estoniya , Latviya , Litva və Polşaya hücum edə bilər.
Polşa Baş Qərargahının rəisi Raymund Andjeyçak xəbərdarlıq edib ki, hadisələrin bu cür inkişafı dərhal reaksiya ilə nəticələnəcək.
“Birinci gün deyil, ilk dəqiqədə. Biz 300 kilometr radiusda bütün strateji hədəfləri vuracağıq. Biz birbaşa Sankt-Peterburqa hücum edəcəyik”,- deyə Andjeyçak bildirib.
Mina Mikayılova