AZ

Bakıda məşhur "pub”da da saxta içki satılırmış

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus "London Pub" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik "Архангельская" əmtəə nişanlı, 1 ədəd 1 litrlik "Finlandia" əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik "Organic Line" əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik "Nemiroff" əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Seçilən
18
43
publika.az

10Mənbələr