AZ

Operada seks səhnələrini izləyən tamaşaçılar xəstəxanalıq oldular

Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi yardım lazım olub. Bu barədə "The Guardian" Ştutqart Dövlət Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.

 

Bildirilir ki, şou cinsi akt səhnələri (o cümlədən lezbiyanların), canlı pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.

 

"Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu", - deyə mənbədən bildirilib.

 

Bildirilir ki, şounu skandallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər.

 

Oxu.az

Tarix: 12 Oktyabr 2024, 08:58   
phrase_var_article.chosen
143
50
pravda.az

10phrase_var_article.sources