AZ

Saxta elm adamlarını necə üzə çıxarmaq olar?

Elm və Təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişaf Forumunda çıxışı zamanı qeyd etdi ki, elmi dərəcəsi olub, elmi məhsulları olmayan insanlara alim demək olmaz və ölkəmizdə bu cür insanlar kifayət qədər çoxdur. 

Sözügedən məsələyə dair Modern.az-a açıqlama verən təhsil ekspert Elçin Əfəndi bildirib ki, problemin əsas səbəbi bu məsəldə tanışlıq, korrupsiyanın geniş yayılması olub:

“Əvvəlki dövrlərdə də vurğulayırdıq ki, hər kəs asanlıqla fəlsəfə və ya ixtisası üzrə elmlər doktoru olur. 
Problemin qarşısını almaq üçün araşdırılmalar aparılmalıdır, nəticədə elmlər doktoru kimi tanıdığımız onlarla şəxsin bu prosesin necə keçməsindən məlumatsız olduğunu görəcəyik”.
 

O, sözügedən problemlə bağlı hazırda gedən işlərdən də danışıb:
 

“Artıq bir neçə ildir ki, elmlər doktoru dərəcəsini vermək üçün obyektiv şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir və bu imtahanlardan keçən şəxslər müvafiq olaraq doktorantura üzrə təhsillərini davam etdirmək imkanı qazanırlar. Nəticə etibari ilə əvvəlki kimi tapşırıq-tanışlıq məsələsi deyil, konkret olaraq bilik və bacarıqlara əsasən qiymətləndirmələr aparılır. Eyni zamanda Ali Attestasiya Komisyası bu məsləni diqqətdə saxlayır və gələcəkdə də müvafiq mexanizimlərin tətbiq edilməsi ilə bağlı addımlar atacağını düşünürəm”.


“Prosesi tənzimləmək üçün digər üsul həmin şəxslərin elmi tədqiqat işlərini diqqətlə izləməkdən ibarətdir. Burada ciddi nəzarət mexanizmi olmalıdır. Elmi işi hansı mərhələlər formasında icra edilir və bu mərhələləri qiymətləndirərək, yekunda dərəcənin verilməsini həyata keçirmək olar

Artıq elmi tədqiqat işlərinin aparılması Elm və Təhsil Nazirliyinin tabeliyində olduğu üçün bu istiqamətdə müvafiq olaraq sözügedən formatda nəzarət mexanizminin tətbiqi uğurlu olacaq və biz gələcəkdə həqiqi elm adamlarını görə biləcəyik” - deyə Elçin Əfəndi sonda qeyd edib.

Seçilən
20
modern.az

1Mənbələr