AZ

Paşinyan: Rusiya “FSB”sinə Zəngəzurda yalnız yola nəzarət funksiyası verilə bilər

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX-“FSB”) nümayəndələrinə yalnız Sünikdəki yola (Zəngəzur dəhlizi - red.) nəzarət - monitorinq funksiyası verilə bilər.

Korrespondent.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.

O, 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib və  “Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət çəkib: “Bu yaxınlarda müəyyən bir dairədə bu məsələ səsləndi və mən soruşdum ki, bu nə deməkdir? Kim izah edə bilər ki, nə başa düşülür? Bu nə deməkdir - Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli Fərmanında izah edilib. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini müşahidə etmək üçün hansısa monitorinq funksiyası verilə bilər”.

O iddia edib ki, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.

Seçilən
58
10
korrespondent.az

10Mənbələr