AZ

Hacıqabulda sel suları ciddi fəsadlar yaratdı - İcra başçısından AÇIQLAMA VİDEO

Ötən gün səhər saatlarından başlayaraq yağan güclü yağışlar Hacıqabulun bir neçə kəndi ilə yanaşı rayon mərkəzinin də sel suları ilə dolmasına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, güclü sel əsasən fərdi yaşayış evlərinin həyətlərini basıb.

Sel suları bəzi həyətlərdə hələ də qalmaqdadır. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. 

Vətəndaşların həyətlərinə və zirzəmilərə dolmuş suların çəkilməsi istiqamətində axşam saatlarından başlayaraq əlavə tədbirlər görülməyə başlanılıb. Rayon İcra Hakimiyyətinin eləcə də, Fövqəladə Hallar Nazirlyinin canlı qüvvəsi və xüsusi texnikaların köməkliyi ilə sel sularının həyətlərdən çəkilməsinə başlanılıb.

O, da qeyd edilib ki, sakinlərə dəymiş ziyanla bağlı komissiya yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
59
xezerxeber.az

1Mənbələr