AZ

Hizbullah hərbi bazanı vurdu: İsrailin baş qərargah rəisi öldürüldü

Hizbullah dünən gecə İsrailin Hayfa şəhərindəki hərbi bazanı pilotsuz təyyarə ilə hədəfə alıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  hücum zamanı 4 İsrail əsgəri ölüb, 67 əsgər yaralanıb. Hədəfin İsrail Baş Qərargah rəisi Herzi Halevinin olduğu və onun öldüyü iddia edilib.

İsrail dünən Hizbullahın PUA-nın hücumundan ilk ciddi zərərini aldı. Hizbullah üzvlərinə peycer və telsizləri partlatmaqla daimi ziyan vuran, Hizbullah lideri Həsən Nəsrullahı yerin altında yaşadığı yerdə bunker deşən bombalarla öldürən, Hizbullah liderlərini  sui-qəsdlərlə bir-bir sıradan çıxaran İsrail dünən gecə ilk ciddi zərbəni aldı.

Dünən axşam saatlarında Hizbullah İsrailin Hayfa şəhərinin cənubunda, Qeysəriyyə şəhəri yaxınlığındakı Binyamina bölgəsinə partlayıcı yüklü kamikadze tipli PUA ilə hücum edib. Hücumda 4 İsrail əsgərinin öldüyü açıqlanıb, ən az 67 İsrail əsgərinin yaralandığı bildirilir.

Yaralı İsrail əsgərləri üçün ümummilli qanvermə çağırışı edilib. Vurulan hərbi bazanın görüntülərində yerdə qan izlərinin olduğu görülüb.
Hizbullah tərəfindən verilən açıqlamada, Fələstin xalqının müqaviməti ilə həmrəylik nümayiş etdirmək, Livan və xalqını müdafiə etmək məqsədilə "İHA donanması ilə Glolani Briqadasının təlim bazasına" hücum təşkil edildiyi qeyd edilib. 

Bəyanatda Hizbullahın “ölkəsini və xalqını” qorumağa hazır olduğu və “düşməni qarşısını almaq vəzifəsindən çəkinməyəcəyi” bildirilib. Hizbullahın yüksək rütbəli rəsmisi Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada, hücumda “intiharçı pilotsuz uçan aparatın” istifadə edildiyini deyib, əlavə edib ki, müqavimətin imkanları hələ də güclüdür və İsrailin içərilərinə də əli çatır"

Hərbi bazaya hücumun hədəfində İsrail Baş Qərargah rəisi Herzi Halevinin olub  və hücum zamanı öldüyü iddia edilir. İsraildən Halevi ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial mediada onun  ölümü ilə bağlı məlumatlar yayılıb. İsraildə nəşr olunan “Jerusalem Post” qəzeti də sosial mediada milyonlarla izləyicisi olan bəzi hesabların Halevinin ölümü ilə bağlı “təsdiq edilməmiş xəbərləri” paylaşdığını bildirən xəbər yayıb. Halevinin ölümü ilə bağlı Rusiya mediasında və sosial media hesablarında da yazılar dərc olunub. 

Məğrur,

Sitat.info

Seçilən
50
12
sitat.info

10Mənbələr