AZ

NATO Şimali Avropada genişmiqyaslı nüvə təlimlərinə başladığını elan edib

NATO-nun illik genişmiqyaslı "Steadfast Noon" nüvə təlimləri Şimali Avropada başlayıb. Təlimlərdə alyansın 13 ölkəsindən 2 min hərbçisi və 60-dan çox təyyarə iştirak edəcək.

Olaylar xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"2024-cü il oktyabrın 14-də NATO illik "Steadfast Noon" nüvə təlimlərinə başlayacaq, bu təlimlərdə 60-dan çox təyyarə Qərbi Avropa üzərində təlim uçuşları həyata keçirəcək", - məlumatda bildirilir.

Qeyd edək ki, nüvə təlimləri hər il oktyabr ayında keçirilir. Təlimlərə döyüş silahlarından istifadə etmədən qırıcı təyyarələrin uçuşları daxildir. Bu il təlimlər Belçika və Niderland üzərində, eləcə də Danimarka, Birləşmiş Krallıq və Şimal dənizi üzərindəki hava məkanında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
2
olaylar.az

3Mənbələr