AZ

Dünyada ən çox BAYRAM GÜNLƏRİ OLAN ÖLKƏLƏR

Yazını böyüt
Yazını kiçilt

Dünyanın hər bir ölkəsində milli, dini və ənənəvi mahiyyətli mühüm günlər çərçivəsində bayram tətilləri elan edilir. Lakin bu bayramların sayı hər ölkədə eyni deyil.

Hafta.az-ın yazdığına görə, “Insider Monkey” bir sıra ölkələrdə qeyd olunan bayramlarla bağlı maraqlı araşdırma aparıb. 2024-cü il tarixini əhatə edən araşdırmaya əsasən ən çox bayram edən ölkələrsiyahısını təqdim edirik:

1. Siyahıda birinciliyini saxlayan Nepalda il ərzində ümumilikdə 39 gün dövlət bayramları olur.

2. İllərdir vətəndaş müharibəsinin getdiyi Myanmar isə 32 günlük bayram günlərinin sayına əsasən ikinci yerdədir.

3. Qonşu İran İslam Respublikasının illik təqvimində ümumilikdə 26 bayram günü var.

4. Başı iqtisadi böhrandan açılmayan Şri Lankanın təqvimində isə ümumilikdə 25 bayram günü mövcuddur.

5. Siyahıda 22-ci olan ehramlar ölkəsi Misirdə il ərzində 22 gün bayram edilir.

6. Səfalət içində yaşamasına baxmayaraq Banqladeşdə əhali ümumilikdə 22 gün bayram edir.

7. Dünyanın ən qələbəlik ölkəsi olan Hindistanda isə ümumdövlət səviyyəsində 21 gün bayram qeyd olunur.

8. Cənub-Şərqi Asiya ölkəsi Malayziyada cəmi 21 dövlət bayramı var.

9. Siyahıda doqquzuncu olan Kambocada isə ildə ümumilikdə 21 dövlət bayramı qeyd edilir.

10. Siyahının onuncusu olan kiçik Avropa ölkəsi Lixtenşteyndə ümumilikdə 20 bayram günü var.

11. Okeanın o tayında – Argentinanın təqvimində cəmi 19 dövlət bayramı mövcuddur.

12. Hazırda başı müharibəyə qarışmış Livanda ümumilikdə 19 bayram günü var.

13. Kolumbiyada isə əhali toplam 18 gün bayram edir.

14. Filippində də il ərzində əhali 18 bayram günü istirahət edir...

Seçilən
243
hafta.az

1Mənbələr