AZ

“Vəziyyət pisləşir, yardımı artırmalıyıq” – Aİ rəsmisi həyacan təbili çaldı

“Avropa İttifaqı (Aİ) ölkələri yardımı artırmalıdırlar, çünki Ukraynada vəziyyət getdikcə pisləşir”.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

O qeyd edib ki, vəziyyət getdikcə pisləşir, yeganə çıxış yolu yardımı artırmaqdır.

Aİ rəsmisi Kiyevə hava hücumundan müdafiə sistemləri təchizatının artırılması planlarından danışıb.

Daha əvvəl “Politico” mənbələrinə istinadən xəbər vermişdi ki, Aİ Almaniyadakı seçkilərə görə Ukraynaya yardımı təxirə salacaq. Mənbələr nəşrə bildiriblər ki, avropalı diplomatlar və rəsmilər Aİ-nin dalana dirənməsindən narahatdırlar.

Məlik,

KONKRET.az

Seçilən
55
27
konkret.az

10Mənbələr