AZ

Farah Zeynep Abdullahdan Nur Sürerə "Yılmaz Güney" reaksiyası

61-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında "Ən Yaxşı Qadın Oyunçu" mükafatının sahibləri; "Ayşe" filmindəki roluna görə Binnur Kaya, "Mukadderat" filmindəki roluna görə Nur Sürer olub.
Sherg.az xəbər verir ki, Nur Sürer çıxışında mükafatını Yılmaz Güneyə həsr edərək deyib; “Bu mükafatı ən dəyərli rejissorumuz, 40 il əvvəl Parisdə həyatını itirən ustadımız Yılmaz Güney üçün alıram”.

 
Nur Sürerin bu açıqlamasına aktrisa Farah Zeynep Abdullah reaksiya verib.

Farah Zeynep Abdullah, Sürerin çıxışını sosial media hesabında paylaşaraq "Nə Yılmaz Güneydir?" deyib.

Digər tərəfdən, Farah Zeynep Abdullah daha əvvəl də Yılmaz Güney haqqında danışmış və “kinomuzun ən yaxşı  qadındöyən və şiddət növləri ilə zəngin, təsirli silahlardan istifadə edən kişidir” demişdi.

Abdullanın sözlərinə hətta məşhur pianoçu Fazıl Say da reaksiya verib.
phrase_var_article.chosen
49
30
sherg.az

10phrase_var_article.sources