AZ

Koreya Vladivostokla ikinci əl yapon avtomobillərinin tranzitini bərpa etdi

Cənubi Koreya Vladivostok vasitəsilə istifadə olunmuş yapon avtomobillərinin tranzitini bərpa edib. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS şəhər administrasiyasının məlumatlarına istinadən yazır.

Avtomobillərin tranziti Cənubi Koreyanın Sokço limanından Mərkəzi Asiya ölkələrinə həyata keçirilir. Avqustdan oktyabr ayına qədər, iki ay yarım ərzində Sokço limanı 525 avtomobil qəbul edib. Bu avtomobillər sonra Vladivostoka çatdırılıb və oradan Glory Mobility şirkəti tərəfindən Qırğızıstana göndəriləcək. Oktyabr ayında daha bir analoji reysdə 450 avtomobilin daşınması planlaşdırılır.

Sokço limanı Koreyanın şərq sahillərində "istifadə olunmuş avtomobil ticarətinin mərkəzi" adlandırılır. Bu sahədə Vladivostokla əməkdaşlıq 2003-cü ildən davam edir, lakin 2009-cu ildə Rusiyanın gömrük rüsumlarını artırmasından sonra müvəqqəti olaraq dayandırılmışdı.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiyadan Rusiyaya minik avtomobillərinin ixracı avqust ayında 26% artıb. Eyni zamanda, Cənubi Koreyadan Rusiyaya avtomobil tədarükü iyul ayında 25% artım göstərib.

Nicat

Seçilən
91
25
valyuta.az

10Mənbələr