AZ

Azərbaycan - Slovakiya oyununda hesab açıldı - YENİLƏNİB

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.   Manset.az xəbər verir ki, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar. Rahil Məmmədov avtoqol müəllifi olub. 20:04 UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb. Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir. Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub. Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib. 18:57 UEFA Millətlər Liqasının C Divizionunun IV tur oyununda Bakıda üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb. Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Ramil Şeydayev, Toral Bayramov, Mahir Emreli Baş məşqçi: Fernandu Santuş Slovakiya: Marek Rodak, Lübomir Şatka, Milan Şkrinyar, David Hantsko, Peter Pekarik, Stanislav Lobotka, Ondrey Duda, Laslo Beneş, Tomas Suslov, Lukas Haraşlin, David Strelets. Baş məşqçi: Françesko Kaltsona

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

phrase_var_article.chosen
5
17
manset.az

10phrase_var_article.sources