AZ

İsrailin İrana cavabı bəlli oldu -

İsrail hökuməti İrana mümkün cavab hücumunda hansı hədəfləri vuracağını müəyyən edib. İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə ABŞ Prezidenti Co Baydenlə danışarkən İranın hərbi obyektlərini vurmağa hazır olduqlarını bildirib. Hücumun nə vaxt ediləcəyi isə gizli saxlanılıb.Metbuat.az xarici KIV-ə istinadən xəbər verir ki, İsrail mümkün cavab hücumunda İranın nüvə obyektlərini və neftayırma zavodlarını hədəf almayacaq.Amerikanın "Washington Post" qəzeti (WP) İsrail Baş naziri Benyamin Netanyahunun bu təminatı 10 oktyabrda ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı verdiyini iddia edib. Uzun fasilədən sonra baş tutan telefon danışığında Bayden Livandakı mülki vətəndaş itkilərinin minimuma endirilməsini istəyib.Netanyahu Baydenə İranın neft və nüvə obyektlərini deyil, hərbi hədəfləri vurmağa hazır olduqlarını bildirib. Planlaşdırılmış cavab tammiqyaslı müharibənin qarşısını almağa yönəlmiş məhdud əks-hücum təşkil edəcək. ABŞ Prezidenti Co Bayden İsrailin nüvə obyektlərinə mümkün hücumunu dəstəkləməyəcəyini açıq şəkildə bildirib.Amerikan "Wall Street Journal" qəzetinin (WSJ) yazdığına görə isə, noyabrın 5-də baş tutacaq ABŞ seçkilərindən əvvəl Yaxın Şərqdə baş verə biləcək genişmiqyaslı müharibənin qarşısını almaq Bayden üçün kritik məqsədə çevrilib.
Analitiklər İsrailin İranın neft obyektlərinə hücum etməsinin enerji qiymətlərini artıracağını, ölkənin nüvə tədqiqat proqramına hücumun isə qırmızı xətləri aşacağını, gərginliyi daha da artıracağını və ABŞ-nin birbaşa hərbi müdaxilə riskini doğuracağını deyirlər.Məsələ ilə yaxından tanış olan mənbəyə görə, Netanyahu təhlükəsizlik kabinetini toplayaraq mövcud variantları müzakirə edib, lakin kabinetindən hücum üçün rəsmi təsdiq istəməyib və hücumun vaxtı qəsdən qeyri-müəyyən saxlanılıb.

Vaşinqton mərkəzli "Brookings İnstitutu"ndan Natan Saksın sözlərinə görə, Təl-Əviv cavab hücumunda İrana ciddi ziyan vurmaq istəyir.

Seçilən
87
50
metbuat.az

10Mənbələr