AZ

Bakıda biabır oldu, ölkəsində istefaya göndərildi

İsveç millisinin baş məşqçisi Yanne Andersson vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis öz açıqlamasında bildirib.

O, Avro-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra istefa verdiyini deyib. Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını vurğulayıb.

Andersson 2016-cı ildən İsveç yığmasının baş məşqçisi idi.

İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda 10 xalla üçüncü yeri tutub. Azərbaycan isə 7 xala 4-cü olub.

Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0 hesabı ilə qələbə qazanıb, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
367
sportinfo.az

1Mənbələr