AZ

Türk musiqiçilər Bakıda konsert verəcək

Məşhur pianoçu Rüya Taner və Türkiyənin tanınmış saksafon ifaçısı və yazıçısı Kürşat Başar Cümhuriyyətin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək. SİA xəbər verir ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə Rüya Taner və Kürşat Başar klassik musiqi ilə tamaşaçıların qarşısına çıxacaq.

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhvə verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
3
sia.az

5Mənbələr